Milanda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Milanda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib – FOTO

11:50 - 08 / 02 / 2017
Milanda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib – FOTO

Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində İtaliyanın Milan şəhərinin Busto Qarolfo (Busto Garolfo) bələdiyyəsinin binasında Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr edilmiş bədii-musiqili gecə keçirilib.

1news.az-a Azərbaycanın İtaliyadakı Səfirliyindən verilən xəbərə görə, tədbirdə Busto Qarolfo bələdiyyəsinin sədri xanım Suzanna Biondi, Azərbaycanın İtaliyadakı Səfirliyinin birinci katibi Erkin Heydərli, Cuzeppe Verdi adına Milan Konservatoriyasının professoru, Vladimir Belman adına xorun bədii rəhbəri David Qualtiyeri və Milanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, xoreoqraf Mais Nuriyev çıxış ediblər.

Ardınca Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən hazırlanmış film nümayiş etdirilib. Daha sonra xoreoqraf Mais Nuriyev tərəfindən Xocalı soyqırımı mövzusunda hazırlanmış xoreoqrafik proqram italyan gənclərinin ifasında təqdim olunub.

Tədbirdə, həmçinin Xocalı soyqırımı mövzusunda David Qualtiyeri həm özünün müəllifi olduğu, həm də Azərbaycan şairlərinin italyan dilinə tərcümə edilmiş şerlərini səsləndirib.

1news.az

Paylaş:
640

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər