Bakıda 25 yaşlı gənc 45 yaşlı qadını öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 25 yaşlı gənc 45 yaşlı qadını öldürüb

13:46 - 09 / 02 / 2017
Bakıda 25 yaşlı gənc 45 yaşlı qadını öldürüb

Bakıda qətl törədilib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, fevralın 8-də Göyçay rayon sakini 45 yaşlı Zülfiyyə Rəhimovanın üzərində zorakılıq əlamətləri olan meyiti Suraxanı rayonunun Hövsan qəsəbəsində kirayədə yaşadığı evdə tapılıb.

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Sabirabad rayon sakini 25 yaşlı Paşa Cəbrayılov tərəfindən törədilməsi müəyyən edilib.

Sabirabad RPŞ əməkdaşları tərəfindən görülən profilaktiki tədbir nəticəsində  P.Cəbrayılov könüllü RPŞ-yə gələrək hadisəni törətməsini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

 

Paylaş:
833

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər