Baş Prokurorluq: Lapşinin Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüşü təmin edilib | 1news.az | Xəbərlər
Siyasət

Baş Prokurorluq: Lapşinin Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüşü təmin edilib

19:07 - 09 / 02 / 2017
Baş Prokurorluq: Lapşinin Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüşü təmin edilib

Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, təqsirləndirilən şəxs A.Lapşin beynəlxalq qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasına ekstradisiya olunduqdan dərhal sonra – fevralın 8-də Xarici İşlər Nazirliyi vasitəsilə vətəndaşı olduğu ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə rəsmi məlumatlar təqdim edilib.

Fevralın 8-də cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada təqsirləndirilən şəxs A.Lapşinin hüquqi yardım almaq və müdafiə hüququ tam təmin edilərək müdafiəçi və tərcüməçinin iştirakı ilə ona ittihamlar elan edilib, ittihamın mahiyyəti, təqsirləndirilən şəxs kimi hüquq və vəzifələri izah olunmaqla dindirilib.

A.Lapşin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına daxil olan zaman tibbi müayinədən keçirilib və praktiki sağlam hesab edilməklə hər hansı müalicəyə zərurət yaradan patologiya aşkar olunmayıb.

Konsulluq əlaqələrinə dair Vyana Konvensiyasının tələblərinə əsasən, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciəti ilə əlaqədar fevralın 9-da təqsirləndirilən şəxs A.Lapşinin səfirlik əməkdaşları ilə görüşü təmin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Mövzu ilə əlaqədar oxuyun:

Lapşinin ekstradisiyası ilə bağlı 4 başlıca bənd

Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edən bloqqer Aleksandr Lapşin ölkəmizə ekstradisiya olunub - FOTO

XİN: Lapşin məsələsi bir daha göstərir ki, Ermənistan əcnəbi vətəndaşları özünün siyasi təbliğatının alətinə çevirməyə çalışır

1news.az

Paylaş:
676

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər