Sabunçuda ölümlə nəticələnən qəza törədərək qaçan sürücü tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda ölümlə nəticələnən qəza törədərək qaçan sürücü tutulub

10:01 - 09 / 02 / 2017
Sabunçuda ölümlə nəticələnən qəza törədərək qaçan sürücü tutulub

Sabunçu rayonunun polis və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü müəyyən edilərək istintaqa cəlb edilib.

1news.az-ın xəbərinə görə, bununla bağlı Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu birgə məlumat yayıb.

Belə ki, fevralın 4-də saat 08 radələrində paytaxtın Sabunçu rayonu ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən qadın cinsindən olan naməlum piyadanı vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən orada ölməsi faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “Mercedes Benz E 200” markalı, 99-DH-407 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Həsənov Emin Hüseyn oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri, eləcə də vəfat etmiş qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

1news.az

Paylaş:
651

Son xəbərlər

Kamaləddin Qafarov: “Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsinə mühüm töhfələr verir”10 / 11 / 2024, 17:27Qarabağ şəhidlərinin xatirəsinə ithaf olunmuş “Atamın kölgəsində” filmi təqdim edilib - FOTO10 / 11 / 2024, 11:31Prime Cotton: Azərbaycanın pambıq sənayesində yeni ad - FOTO09 / 11 / 2024, 21:49Bakıda itkinlərlə bağlı beynəlxalq konfransın yekun bəyanatı BMT sənədi kimi yayıldı09 / 11 / 2024, 17:46Azərbaycan XİN Pakistana başsağlığı verdi09 / 11 / 2024, 17:34MM: “Global Witness” təşkilatı COP29-la bağlı beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşıb09 / 11 / 2024, 17:06AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib - FOTO09 / 11 / 2024, 16:43Könül Nurullayeva: “COP29 uğurlu təcrübə kimi tarixə düşəcək”09 / 11 / 2024, 16:32Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlib09 / 11 / 2024, 16:21COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilib09 / 11 / 2024, 16:08Ərdoğandan Bayraq Günü münasibəti ilə Azərbaycan xalqına TƏBRİK09 / 11 / 2024, 15:38Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib09 / 11 / 2024, 15:37Bakıda metropolitençi övladlarının rəsm sərgisi keçirilir09 / 11 / 2024, 15:14Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısında dəyişiklik edilib09 / 11 / 2024, 15:03ADY fövqəladə hallara hazırlıqla bağlı növbəti təxliyə təlimi keçirib09 / 11 / 2024, 13:51Azərbaycan müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib09 / 11 / 2024, 13:27İçərişəhərdə və Qalada COP29 zamanı ziyarətçiləri nələr gözləyir?09 / 11 / 2024, 13:16Sabah hava necə olacaq? - Proqnoz09 / 11 / 2024, 12:59İcma: Dövlət bayrağına ehtiramın ən ali ifadəsi ölkənin ərazi bütövlüyünün bərpasıdır09 / 11 / 2024, 12:33ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib09 / 11 / 2024, 12:28
Bütün xəbərlər