Bakıda kafe yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kafe yanıb

10:53 - 09 / 02 / 2017
Bakıda kafe yanıb

Bakıda yanğın hadisəsi qeydə alınıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakının Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan kafenin elektrik şitinin içərisində kabel, yağ açarı və zirzəmidə yerləşən sexin yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Kafenin və zirzəminin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
543

Son xəbərlər

Bütün xəbərlər