Gömrük nəzarətindən gizlədilən 40 kiloqram barıt aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Gömrük nəzarətindən gizlədilən 40 kiloqram barıt aşkar edilib

11:47 - 09 / 02 / 2017
Gömrük nəzarətindən gizlədilən 40 kiloqram barıt aşkar edilib

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” Gömrük Postunda Gürcüstandan Azərbaycan Respublikasına minik maşını ilə gələn Azərbaycan Respublikası vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb və ona idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunası hər hansı predmet olmadığını bildirib. Avtomobilə keçirilən gömrük baxışı zamanı isə nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən, xüsusi düzəldilmiş gizli-saxlanc yerindən gömrük nəzarətindən gizlədilən 40 kiloqram barıt aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
696

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər