24 min ədəd siqaretin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

24 min ədəd siqaretin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb

18:58 - 13 / 02 / 2017
24 min ədəd siqaretin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb

Külli miqdarda siqaretin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb.

1news.az xəbər verir ki, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin ön buferinin içərisindən gömrük nəzarətindən gizlədilən 24000 ədəd “NZ Gold Compact” markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
806

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər