ARDNF “Redwood Japan Logistics Fund II” şirkətinə investisiya yatırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

ARDNF “Redwood Japan Logistics Fund II” şirkətinə investisiya yatırıb

20:34 - 13 / 02 / 2017
ARDNF “Redwood Japan Logistics Fund II” şirkətinə investisiya yatırıb

ARDNF “E-Shang Redwood” şirkəti tərəfindən idarə olunan “Redwood Japan Logistics Fund II”yə investisiya yatırıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) daşınmaz əmlaka hazırkı investisiya çərçivəsində adıçəkilən portfelin coğrafi mövqe, aktivlərin növü və risklilik dərəcəsi üzrə diversifikasiyasının təmin olunması məqsədilə Asiya və Sakit Okean Hövzəsi regionunda logistika sahəsində ixtisaslaşmış “E-Shang Redwood” şirkəti tərəfindən idarə olunan “Redwood Japan Logistics Fund II” (RJLF II) və ümumi həcmi 1 milyard ABŞ dolları olan fonduna 100 milyon ABŞ dolları məbləğində investisiya yatırıb.

ARDNF-dən 1news.az-a verilən məlumata görə, adıçəkilən fondda ARDNF ilə yanaşı, dünyanın bir sıra qabaqcıl institusional investorları da iştirak edir. İnvestisiyanın illik hədəf gəlirliliyi 15 faiz olmaqla müddəti 5-7 il təşkil edəcəkdir. “RJLF II” fondunun investisiya strategiyasının əsasını Yaponiyanın Tokio, Osaka və Naqoya kimi şəhərlərinin yeni daşınmaz əmlak təkliflərinin məhdud olduğu, eləcə də nəqliyyat infrastrukturu üçün ən uyğun ərazilərində müasir logistika mərkəzləri inşa edərək, uzunmüddətli müqavilələr əsasında onların icarəsini təmin etmək, daha sonra isə həmin mərkəzləri əsasən institusional investorlara satmaqla yatırımlardan çıxmaq təşkil edir. “E-Shang Redwood” şirkəti hazırda Çin Xalq Respublikası, Yaponiya, Koreya Respublikası və Avstraliya kimi ölkələrdə müxtəlif layihələr həyata keçirir.

Ötən il Yaponiya daşınmaz əmlak bazarında müasir logistika mərkəzləri ölkə üzrə ümumi logistika obyektlərinin cəmi 6 faizini təşkil etmişdir və hazırda da bu mərkəzlər üzrə icarəyə verilməmiş sahənin ümumi həcmi cəmi 6,8 faiz səviyyəsindədir. Son 5 il ərzində e-ticarət şirkətləri tərəfindən müasir logistika mərkəzlərinə olan tələb isə öz növbəsində illik olaraq 9 faiz artmışdır ki, gələcəkdə də bu tendensiyanın davamı proqnozlaşdırılır.

1news.az

Paylaş:
605

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər