Gəncədə mağaza yandı: satıcı faciəli şəkildə öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə mağaza yandı: satıcı faciəli şəkildə öldü

13:22 - 14 / 02 / 2017
Gəncədə mağaza yandı: satıcı faciəli şəkildə öldü

Fevralın 12-də saat 06 radələrində Gəncə şəhərində şəhər sakini Oqtay İsmayılova məxsus mağazada yanğın baş verib.

1news.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, nəticədə yanar konstruksiyalar və oradakı ərzaq məhsulları yanıb, yanğın söndürüldükdən sonra orada satıcı işləyən şəhər sakini Şahin Əliyevin yanmış meyiti tapılıb.

Yanğının qızdırıcı cihaza nəzarətsizlikdən baş verməsi ehtimal olunur.

Faktla araşdırma aparılır.

1news.az

Paylaş:
627

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər