Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində ABŞ nümayəndə heyəti ilə görüş olub | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində ABŞ nümayəndə heyəti ilə görüş olub

19:20 - 14 / 02 / 2017
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində ABŞ nümayəndə heyəti ilə görüş olub

Fevralın 14-də Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev ölkəmizdə səfərdə olan ABŞ-ın Avropa Komandanlığının təmsilçisi Uilyam Samnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə tərəflər hərbi tibb sahəsində indiyədək icra olunan layihələri, eləcə də kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, təhlükəli maddələrlə bağlı insidentlərə cavab tədbirləri və təbii fəlakətlərə hazırlıq üzrə mövcud proqramları müzakirə ediblər.

1news.az

Paylaş:
664

Son xəbərlər

Bütün xəbərlər