Hüseyn Bağırov Kürdəmirdə vətəndaşlarla görüşəcək
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov 23 fevral tarixində Kürdəmir şəhərində vətəndaşları qəbul edəcək.
1news.az-ın məlumatına görə, Heydər Əliyev Mərkəzində (ünvan: Kürdəmir şəhəri Bakı prospekti 18) saat 10:00-da başlayacaq qəbulda Kürdəmirlə yanaşı Şamaxı, Ağsu, Qobustan, Göyçay və Ucar rayonlarında yaşayan sakinlər iştirak edəcəklər.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin 17 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 20) müraciət etmələri (əlaqə telefonları: 012-585-06-56, 051-458-73-73, 050-731-47-37) xahiş olunur.
1news.az