Kürdəmirdə 6 otaqlı ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdəmirdə 6 otaqlı ev yanıb

09:14 - 15 / 02 / 2017
Kürdəmirdə 6 otaqlı ev yanıb

Kürdəmir rayonunda evlərdən birində güclü yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Kürdəmir rayonu, Xırdapay kəndində vətəndaşa məxsus ümumi sahəsi 230 m2 olan kürsülü birmərtəbəli 6 otaqlı evin 2 otağının və dəhlizinin yanar konstruksiyaları 55 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

1news.az

Paylaş:
607

Son xəbərlər

Bütün xəbərlər