15 Fevral - Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

15 Fevral - Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür

11:20 - 15 / 02 / 2017
15 Fevral - Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür

Hər il fevralın 15-i Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd edilir.

Bu gün bütün insanları xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara və onların ailələrinə mənəvi dəstək olmağa çağırır və bu xəstəliklər haqqında əhalinin maariflənməsində böyük rol oynayır. Bundan əlavə 15 Fevral dünya ictimaiyyətinin onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara diqqətini artırır və onların problemlərini həll etməyə səsləyir.

Bütün xəstəliklərdə olduğu kimi xərçəngdən əziyyət çəkən uşaqların da problemləri onların valideynləri ilə yanaşı dövlətin, səhiyyənin, qeyri–dövlət qurumlarının və bütün cəmiyyətin daima diqqət mərkəzində olmalıdır.

Uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin 1-1.5 faizini təşkil edir. Uşaqlarda təsadüf olunan onkoloji xəstəliklər böyüklərə nisbətən çox fərqlidir və onların əsas hissəsini embrional şişlər təşkil edir. Bunların içində leykemiyalar daha tez-tez rast gəlinən xərçəngin növüdür.

Mərkəzi sinir sisteminin şişləri və limfomalar da uşaqlarda daha çox yayılan xəstəliklərdir. Digər bədxassəli şişlər məhz, nefroblastoma, neyrolastoma, rabdomiosarkoma isə hər biri ayrılıqda altı-yeddi faiz təşkil edir. Böyüklərdə təsadüf edən mədə -bağırsaq, ağciyər, süd vəzi xərçəngi uşaqlarda çox nadir hallarda rast gəlinir. Müasir müalicə metodları uşaq onkologiyasında daha yaxşı nəticə verir və uşaqların böyük əksəriyyətində tam sağalma mümkündür.

2012- ci ildə Milli Onkologiya Mərkəzinin nəzdində respublikada ilk dəfə Uşaq Onkoloji Klinikası fəaliyyətə başlayıb. Hazırda bu klinika regionumuzda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara ixtisaslaşmış, yüksək texnologiyalarla təchiz olunmuş keyfiyyətli tibbi yardım göstərən yeganə tibb müəssisəsidir. Klinikada beynəlxalq protokollara uyğun olaraq, çox komponentli müalicənin bütün növləri icra edilir. Klinikada ambulator və poliklinik şöbə, kimya terapiyası, cərrahiyyə, anestezioloji-reanimatoloji və şüa terapiyası şöbələri fəaliyyət göstərir. Mərkəzdə 19 həkim və 40 tibb bacısı çalışır.

Bu müasir müalicə ocağının yaradılmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyevin böyük əməyi var.

Qeyd edək ki, bu gün eyni zamanda, dünyada xərçəng xəstəliyinə qalib gəlmiş uşaqların qəhrəmanlığını, həmçinin valideynlərinin və onlara qayğı göstərən tibb personalının fədakarlığını əks etdirir.

AZƏRTAC

Paylaş:
575

Son xəbərlər

Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42Azərbaycanın Xalq rəssamı vəfat edibBu gün, 09:35Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20
Bütün xəbərlər