Münhen Təhlükəsizlik Konfransı başlayıb | 1news.az | Xəbərlər
Dünya

Münhen Təhlükəsizlik Konfransı başlayıb

18:29 - 17 / 02 / 2017
Münhen Təhlükəsizlik Konfransı başlayıb

Almaniyada 53-cü Münhen Təhlükəsizlik Konfransı başlayıb.

1news.az APA-ya istinadən xəbər verir ki, konfransda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Prezidentin sabah Bakı vaxtı ilə saat 20:00-22:00 arası keçiriləcək “Avrasiyada ciddi fikir ayrılıqları” mövzusunda panel müzakirələrində çıxışı nəzərdə tutulub. Konfrans fevralın 19-na qədər davam edəcək.

Qeyd edək ki, konfransa dünyanın müxtəlif ölkələrindən 500-dək rəsmi şəxs qatılıb. Konfransda Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra transatlantik əlaqələr və NATO-nun gələcəyi, təhlükəsizlik və müdafiə sahəsində Avropa əməkdaşlığı, Rusiya ilə əlaqələr, Suriya müharibəsi, Asiya-Sakit okean regionunda təhlükəsizliklə bağlı vəziyyət və informasiya müharibəsi məsələlərinin müzakirəsi nəzərdə tutulur.

1news.az

Paylaş:
777

Son xəbərlər

Bütün xəbərlər