Qlobal “5G” şəbəkəsinin sınaqları keçirilib | 1news.az | Xəbərlər
Dünya

Qlobal “5G” şəbəkəsinin sınaqları keçirilib

21:38 - 17 / 02 / 2017
Qlobal “5G” şəbəkəsinin sınaqları keçirilib

"Deutsche Telekom", "Ericsson" və "SK Telecom" (SKT) telekommunikasiya şirkətləri dünyanın ilk beynəlxalq kontinental "5G" şəbəkəsi adlandırılan şəbəkənin sınaqlarını keçiriblər.

1news.az ICTnews-a istinadən xəbər verir ki, sınaqların hazırda standartlaşdırılmayan texnologiyadan istifadə edilməklə geniş qlobal rouminq xidmətlərinin yaranmasına yol açacağı ehtimal olunur.

Sistem operatorların tərəfdaş şirkət ölkəsinə səfər edən hər bir abunəçisinə "Əşyalar interneti və ya genişləndirilmiş məlumat ötürmə kanallarının mövcudluğunu tələb edən internetə qoşulmuş avtomobillər kimi "5G" rabitə xidmətlərindən onların ölkələrində bu xidmətlərdən istifadə etdikləri eyni keyfiyyətdə yararlanmağa imkan vermək üçün yaradılıb.

Məlumata görə, beynəlxalq kontinental "5G" şəbəkəsinin "federal şəbəkənin ayrılması" texnologiyası ilə bağlı problemləri həll edəcəyi gözlənilir. Texnologiya proqram virtual şəbəkəsindən istifadə etməklə bir fiziki şəbəkəni müxtəlif xidmətlər üçün ayrıla biləcək bir neçə yerə ayırır və bununla effektivliyi artırır.

"SK Telecom" və tərəfdaş şirkətlər tərəfindən 2015-ci ildə hazırlanan şəbəkənin ayrılması texnologiyasının test çərçivəsində ilk dəfə xaricdə sınağı keçirilib.

Qeyd edək ki, "5G" şəbəkəsi mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, aşağı yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

1news.az

Paylaş:
757

Sizin üçün xəbərlər

Son xəbərlər

“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31
Bütün xəbərlər