Pakistanda 100-dən çox silahlı məhv edilib | 1news.az | Xəbərlər
Dünya

Pakistanda 100-dən çox silahlı məhv edilib

22:50 - 17 / 02 / 2017
Pakistanda 100-dən çox silahlı məhv edilib

Pakistanın güc strukturların keçirdiyi xüsusi əməliyyat nəticəsində 100-dən çox silahlı məhv edilib.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidməti açıqlama yayıb:

“Sind əyalətində törədilmiş terror aktından sonra son sutka ərzində 100-dən çox terrorçu məhv edilib, çox sayda saxlanılanlar var”, - deyə məlumatda bildirilir.

Ötən gün Pakistanın cənubunda yerləşən Sind əyalətində məsciddə törədilmiş terror aktı nəticəsində  88 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Məlumata görə, İŞİD terror qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürülüb.

1news.az

Paylaş:
840

Son xəbərlər

Bütün xəbərlər