Türkiyədə partlayış nəticəsində ölənlərin sayı 2-yə, yaralıların isə 18 nəfərə çatıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə partlayış nəticəsində ölənlərin sayı 2-yə, yaralıların isə 18 nəfərə çatıb - YENİLƏNİB

12:17 - 18 / 02 / 2017
Türkiyədə partlayış nəticəsində ölənlərin sayı 2-yə, yaralıların isə 18 nəfərə çatıb - YENİLƏNİB

Türkiyənin Şanlıurfa vilayətində partlayış baş verib.

12:17

1news.az APA-ya istinadən xəbər verir ki, partlayışdan sonra əmələ gələn dağıntılar altından kişi meyiti tapılıb.

Viranşehir rayonunda baş verən hadisə nəticəsində yaralananların sayı 18-ə çatıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Bundan əvvəl minalanmış avtomobilin partladılması nəticəsində 3 yaşlı uşağın öldüyü, 15 nəfərin xəsarət aldığı bildirilirdi. Dəqiqləşdirilmiş məlumata görə, insident nəticəsində həyatını itirən uşaq 11 yaşlı Əhməd Oqtay Günak olub. Partlayışın PKK tərəfindən törədildiyi bildirilir.

23:46

1news.az APA-ya istinadən xəbər verir ki, vilayətin Viranşehir rayonunda minalanmış avtomobilin partladılması nəticəsində 3 yaşlı uşaq ölüb, 15 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdirilib. Polis qüvvələri ərazini nəzarətə götürüb.

Şanlıurfa valisi Güngör Azim Tuna, ilkin məlumatlara görə, 18-20 yaşlı şəxsin Yenişehir məhəlləsində bomba yüklü avtomobil saxladığını söyləyib:

“Hadisə nəticəsində 3 yaşında bir uşaq həyatını itirib. 15 civarında yarası ağır olmayan xəsarət alan var. Yaralıların müalicəsi xəstəxanada davam edir”, - deyə G. Tuna bildirib.

1news.az

Paylaş:
785

Son xəbərlər

Bütün xəbərlər