Zaur Qəhrəmanov: “SOCAR-ın Türkiyədəki layihələrinə xərclənən vəsait 11 milyard dollara çatıb” | 1news.az | Xəbərlər
Dünya

Zaur Qəhrəmanov: “SOCAR-ın Türkiyədəki layihələrinə xərclənən vəsait 11 milyard dollara çatıb”

13:11 - 18 / 02 / 2017
Zaur Qəhrəmanov: “SOCAR-ın Türkiyədəki layihələrinə xərclənən vəsait 11 milyard dollara çatıb”

“2016-cı ildə SOCAR-ın “Petlim” konteyner limanı, “Petkim” neft-kimya kompleksi, “Star” neft emalı zavodu, “Petkim” külək elektrik stansiyası və TANAP layihələrinə xərclənən vəsait ümumilikdə 11 milyard dollara çatıb”.

1news.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov “Energy Business” jurnalına müsahibəsində deyib.

O bildirib ki, bu layihələr tamamlandıqda ümumi investisiya həcmi təxminən 18 milyard dollar olacaq. “Petkim” neft-kimya kompleksinin özəlləşdirilməsi 2 milyard 40 milyon dollar, satın alındıqdan sonra kompleksə yatırılan investisiya 600 milyon dollardır. TANAP-ın dəyəri 8,5 milyard dollar, “Star” zavodunun 5,7 milyard dollar, “Petlim” konteyner limanının ümumi investisiya dəyəri isə 400 milyon dollardır:

“2016-cı il “SOCAR Turkey” üçün çox uğurlu il olub. TANAP layihəsində böyük məsafə qət edilərək layihənin 60 faizi tamamlanıb. “Petlim” konteyner limanının birinci fazası tamamlanıb, əməliyyatlara başlanıb. Limanın ikinci fazası üzrə işlər isə davam edir. Həmçinin “Star” zavodunun 82 faizi artıq tamamlanıb. “Petkim” külək elektrik stansiyası layihəsi üzrə də böyük həcmdə işlər görülüb. Stansiyanın bu il fəaliyyətə başlaması nəzərdə tutulur”, - deyə Z.Qəhrəmanov əlavə edib.

STEAŞ-ın baş direktoru qeyd edib ki, “Star” neft emalı zavodunun inşaat və mühəndislik işlərinin böyük hissəsi 2017-ci ildə tamamlanacaq. TANAP layihəsində isə ilin sonundan başlayaraq inşaat işlərindən əməliyyat işlərinə keçilməsi planlaşdırılır.

Xatırladaq ki, SOCAR “Petkim”i 2008-ci ildə 2,5 milyard dollara alıb. SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 52,32 faizlik səhmə sahibdir.

1news.az

Paylaş:
1054

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənibBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24
Bütün xəbərlər