Avtomobil yüksək sürətlə restorana girdi: 2 ölü, 11 yaralı - FOTO | 1news.az | Xəbərlər
Dünya

Avtomobil yüksək sürətlə restorana girdi: 2 ölü, 11 yaralı - FOTO

13:35 - 19 / 02 / 2017
Avtomobil yüksək sürətlə restorana girdi: 2 ölü, 11 yaralı - FOTO

Türkiyənin Bursa şəhərində dəhşətli hadisə baş verib.

1news.az lent.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzi sayılan Osmanqazi rayonunda “Ford” markalı avtomobil yüksək sürətlə restorana girib.

Sürücünün idarəetməni itirməsi nəticəsində şüşə konstruksiyaları dağıdıb restoran salonuna daxil olan avtomobil 2 nəfəri öldürüb, daha 11 nəfər isə yaralanıb.

İlkin araşdırma zamanı sürücünün içkili olması və daha əvvəl müxtəlif cinayətlərə görə 9 il həbsxanada qalması müəyyən edilib. Okan A. adlı həmin sürücünün axtarışda olduğu, qəzanı törətdiyi avtomobilin sahibini güllələdikdən sonra qaçırdığı da bəlli olub.

1news.az

 

Paylaş:
795

Son xəbərlər

Bütün xəbərlər