“Sumqayıt” tək qolla 3 xalı qazandı | 1news.az | Xəbərlər
Futbol

“Sumqayıt” tək qolla 3 xalı qazandı

18:00 - 19 / 02 / 2017
“Sumqayıt” tək qolla 3 xalı qazandı

Fevralın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində növbəti oyun keçirilib.

1news.az Azərtac-a istinadən xəbər verir ki, “Kapital Bank Arena”da “Sumqayıt” komandası AZAL-ı qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunda “Sumqayıt” komandası minimal hesablı qələbə qazanıb - 1:0.

Oyunda yeganə qolu Yusif Nəbiyev vurub.

Hesabında 22 xal olan "Sumqayıt" turnir cədvəlində beşinci pillədə qərarlaşıb. AZAL isə 8 xalla sonuncudur.

Tura "Qəbələ"-"Qarabağ" oyunu ilə yekun vurulacaq.

1news.az

Paylaş:
1454

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər