Türkiyəyə 100 min narkotik həbin gətirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyəyə 100 min narkotik həbin gətirilməsinin qarşısı alınıb

21:47 - 20 / 02 / 2017
Türkiyəyə 100 min narkotik həbin gətirilməsinin qarşısı alınıb

Bolqarıstandan Türkiyəyə gələn yük maşınının gömrük məntəqəsində yoxlanılması nəticəsində 100 min narkotik həb aşkar edilib.

Yük avtomobilinin sürücüsü qaçmağa çalışsa da gömrükçülər tərəfindən saxlanılıb.

Narkotik həblər avtomobildə olan idman çantasından tapılıb. Sürücü həbs olunub.

CNN Türk

Paylaş:
1638

Son xəbərlər

Bütün xəbərlər