Hitlerin şəxsi telefonunu 240 min dollara aldılar | 1news.az | Xəbərlər
Dünya

Hitlerin şəxsi telefonunu 240 min dollara aldılar

11:25 - 20 / 02 / 2017
Hitlerin şəxsi telefonunu 240 min dollara aldılar

Adolf Hitlerə (1889-1945) məxsus telefon aparatı bazar günü ABŞ-ın Çesapik-Siti şəhərində keçirilən hərracda 240 min dollara satılıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu barədə KİV-ə "Alexander Historical Auctions" hərrac evinin nümayəndəsi Andreas Kornfild məlumat verib.

Aparatı alan şəxsin adını isə nümayəndə KİV-ə açıqlamayıb.

Telefonu hərraca satışa 1977-ci ildə vəfat etmiş Britaniya siyasətçisi və hərbçisi Ralf Reynerin nəvələri çıxarıb.

1news.az

Paylaş:
982

Son xəbərlər

Bütün xəbərlər