Bu ilin ilk Günəş tutulması hadisəsi başlayıb | 1news.az | Xəbərlər
Dünya

Bu ilin ilk Günəş tutulması hadisəsi başlayıb

17:27 - 26 / 02 / 2017
Bu ilin ilk Günəş tutulması hadisəsi başlayıb

Bu ilin ilk Günəş tutulması prosesi saat 16:12-də başlayıb, saat 18:54-də maksimumda olacaq, saat 21:35-də bitəcək.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya bildirib.

Onun sözlərinə görə. həlqəvari Günəş tutulması Amerika, Cənubi Afrikanın qərbində müşahidə olunacaq. X. Mikayılov vurğulayıb ki, bu hadisəni Azərbaycandan izləmək mümkün olmayacaq.

Qeyd edək ki, bu il 2 Ay və 2 Günəş tutulması hadisəsinin baş verəcəyi açıqlanıb.

İlk ay tutulması fevralın 11-də qeydə alınıb. Növbəti Ay tutulması avqustun 7-də, ikinci Günəş tutulması isə avqustun 21-də olacaq. Bu hadisələrin insanlar üçün heç bir təhlükəsinin olmadığı, adi astronomik hadisə olduğu bildirilir.

1news.az

Paylaş:
527

Son xəbərlər

Bütün xəbərlər