Müdafiə Nazirliyi: Əsgərin həlak olması barədə məlumat yalandır – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Əsgərin həlak olması barədə məlumat yalandır – VİDEO

19:32 - 27 / 02 / 2017
Müdafiə Nazirliyi: Əsgərin həlak olması barədə məlumat yalandır – VİDEO

Əsgər Hüseynov Murad İlqar oğlu hazırda Silahlı Qüvvələrdə hərbi hissələrdən birində xidmətdədir.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən Azərbaycan sosial şəbəkə istifadəçilərinə və bəzi yerli elektron KİV-ə istinadən Ermənistan mətbuatında guya Azərbaycan əsgəri Murad Hüseynovun həlak olması ilə bağlı yayılan məlumatlarla əlaqədar sorğuya cavab olaraq bildirilib.

"Onun yayılan fotosu isə 2016-cı ilin fevral ayında Silahlı Qüvvələrin ağırlıqqaldırma üzrə yarışlar zamanı qohumları tərəfindən çəkilərək sosial şəbəkəyə yerləşdirlib.

Qoşunların qarşıdurma xəttində baş verən hadisələr barədə son günlər sosial şəbəkələrdə paylaşılan əsassız xəbərlər, youtube-da yayımlanan saxta video və fotolarla bağlı bildiririk ki, bu Ermənistanın xüsusi xidmət orqanları üçün sifariş yerinə yetirən şəxslər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilir", - nazirlikdən vurğulanıb.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq cəhdinin göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir.

1news.az

Paylaş:
672

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər