Müdafiə Nazirliyi: Düşmənin təxribat qrupu məhv edilib | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Düşmənin təxribat qrupu məhv edilib

1news Redaksiyası12:40 - 02 / 03 / 2017
Müdafiə Nazirliyi: Düşmənin təxribat qrupu məhv edilib

Martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən,dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub.

Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.

1news.az

Paylaş:
616

Son xəbərlər

Bütün xəbərlər