Meteoroloqlardan xəbərdarlıq: hava şəraiti qeyri-sabit keçəcək, qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: hava şəraiti qeyri-sabit keçəcək, qar yağacaq

13:00 - 03 / 03 / 2017
Meteoroloqlardan xəbərdarlıq: hava şəraiti qeyri-sabit keçəcək, qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mart ayının 4-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə və səhər zəif duman olacaq. Cənub küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  759  mm civə sütunundan 764 mm civə sütununa yüksələcək,  nisbi rütubət  gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında martın 4-də bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 14-19, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Meteoroloqların xəbərdarlığına görə, martın 4-ü gündüzdən 6-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

1news.az

Paylaş:
606

Son xəbərlər

DİN əhaliyə çağırış edib - VİDEOBu gün, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edibBu gün, 13:22Bazar gününün hava proqnozuBu gün, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTOBu gün, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEOBu gün, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıbBu gün, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edibBu gün, 11:28Şəmkirdə qanunsuz tikililər sökülübBu gün, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıbBu gün, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşübBu gün, 10:12Xətai rayonunda su kəsiləcəkBu gün, 10:02Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 220 / 09 / 2024, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar20 / 09 / 2024, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub20 / 09 / 2024, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olub20 / 09 / 2024, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyir20 / 09 / 2024, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək20 / 09 / 2024, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib20 / 09 / 2024, 17:09
Bütün xəbərlər