İSESKO rəhbəri: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan qadınının yüksək statusunu göstərir | 1news.az | Xəbərlər
Siyasət

İSESKO rəhbəri: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan qadınının yüksək statusunu göstərir

15:20 - 03 / 03 / 2017
İSESKO rəhbəri: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan qadınının yüksək statusunu göstərir

Birinci xanım Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək statusu göstərir.

Bunu İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri deyib.

Onun sözlərinə görə, bu, həm də birinci xanımın yüksək bilik və bacarıqlara malik müstəsna şəxsiyyətini təsdiq edir:

"O, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi, ölkəni inkişaf və rifaha aparan müdrik siyasəti dəstəkləməyə və ictimaiyyətə xidmət etməyə imkan verən bilik və bacarıqlara malikdir".

İSESKO-nun baş direktoru qeyd edib ki, Azərbaycan ictimaiyyəti Mehriban Əliyevanın ölkənin balanslı inkişafı üçün böyük səylər göstərdiyini tamamilə anlayır.

Onun sözlərinə görə, birinci xanım Heydər Əliyev Fondunun rəhbəri kimi idarəetmə sahəsində böyük işlər görüb və Azərbaycan Prezidenti İlham Əliyevə prezident mandatının icra olunmasında əhəmiyyətli dəstək verib.

Əl-Tuveycri deyib ki, indi Mehriban Əliyevanın Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Azərbaycanın iqtisadi inkişafı və Azərbaycan xalqının rifahı naminə milli məqsədlərə nail olunması üzrə nəcib missiyanın reallaşdırılması üçün üzərinə yeni öhdəliklər götürməsinin vaxtı çatıb:

“Mən Mehriban Əliyeva ilə onun İSESKO-nun xoşməramlı səfiri təyin olunduğu vaxtdan tanışam. Hər dəfə Mehriban xanımla Bakıda görüşərkən, mən özüm üçün onun güclü xarakterini, mükəmməl bilik və bacarıqlarını, müasirliyə köklənməsini və daim sülhün, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun, həmrəyliyin geniş vüsət alması ilə bağlı mütəmadi səylərini kəşf edirəm”.

Baş direktorun sözlərinə görə, öz humanist missiyasını tamamilə anlayan Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevə ən yaxşı dayaqdır və onun Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması müdrik və vaxtında verilmiş bir qərardır

“Mən Birinci vitse-prezident Mehriban Əliyevanı, eləcə də Azərbaycan xalqını təbrik edirəm və ona bu nəcib missiyanın həyata keçirilməsində uğurlar arzulayıram”.

Trend

Paylaş:
610

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər