Külli miqdarda xarici valyutanın ölkənin ərazisindən çıxarılmasının qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Külli miqdarda xarici valyutanın ölkənin ərazisindən çıxarılmasının qarşısı alınıb

17:00 - 03 / 03 / 2017
Külli miqdarda xarici valyutanın ölkənin ərazisindən çıxarılmasının qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə getmək istəyən Azərbaycan Respublikası vətəndaşının çantaları rentgen aparatından keçirilərkən monitorda kağız pula bənzər təsvirlər görünüb. Həmin şəxs gömrük əməkdaşı tərəfindən saxlanılıb və ona məxsus çantalar təkrar yoxlanılıb.

Nəticədə, çantalardan birinin içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 400 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 40 min ABŞ dolları, digər çantanın içərisində isə 200 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 20 min ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
574

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər