“Əl-İslah və ət-Tənmiyə” qəzeti: Mehriban Əliyeva ictimai fəaliyyəti ilə Azərbaycan xalqının böyük rəğbətini qazanıb | 1news.az | Xəbərlər
Siyasət

“Əl-İslah və ət-Tənmiyə” qəzeti: Mehriban Əliyeva ictimai fəaliyyəti ilə Azərbaycan xalqının böyük rəğbətini qazanıb

20:04 - 03 / 03 / 2017
“Əl-İslah və ət-Tənmiyə” qəzeti: Mehriban Əliyeva ictimai fəaliyyəti ilə Azərbaycan xalqının böyük rəğbətini qazanıb

Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetinin 3 mart tarixli nömrəsində dərc olunmuş məqalədə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsindən bəhs olunur.

Məqalədə Mehriban Əliyevanın peşəkar, bilikli, təcrübəli, prinsipial və xeyirxah insan olduğu diqqətə çatdırılır.

Qəzetin baş redaktoru Əhməd Mitşunun müəllifi olduğu məqalədə Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağı ilə bağlı fikri öz əksini tapıb.

Məqalədə vurğulanır ki, Mehriban Əliyeva öz ictimai fəaliyyəti ilə Azərbaycan xalqının böyük rəğbətini qazanıb.

AZƏRTAC

Paylaş:
631

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər