Bakıda dəhşətli intihar | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dəhşətli intihar

14:16 - 04 / 03 / 2017
Bakıda dəhşətli intihar

Bakıda 47 yaşlı kişi hamamda boğazını kəsərək intihar edib.

1news.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Atatürk prospekti, ev 58, mənzil 25-də baş verib.

Həmin evdə yaşayan, 1970-ci il təvəllüdlü Zeynalov Samir Rəhim oğlu evin hamamında ülgüclə boğazını kəsərək intihar edib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

1news.az

Paylaş:
728

Son xəbərlər

Bütün xəbərlər