Bir ayağı yoxdur, Bakı-Sumqayıt marşrutu üzrə sərnişin avtobusu sürür - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir ayağı yoxdur, Bakı-Sumqayıt marşrutu üzrə sərnişin avtobusu sürür - VİDEO

20:49 - 04 / 03 / 2017
Bir ayağı yoxdur, Bakı-Sumqayıt marşrutu üzrə sərnişin avtobusu sürür - VİDEO

Əlil olan şəxs 21 nəfərlik kiçik tutumlu sərnişin avtobusunu idarə etdiyi üçün polis tərəfindən saxlanılıb.

1news.az xezerxeber-ə istinadən məlumat verir ki, sürücü Zaur Mehmanovun bir ayağı yoxdur, amma o, Bakı-Sumqayıt arasında qeyri- qanuni sərnişindaşıma ilə məşğul olub.

Sürücünün bildirdiyinə görə, uzun illərdir avtomobil idarə etdiyindən əlil olması onun üçün ciddi çətinlik yaratmır. O, hər gün əsasən pik saatlarında Bakı ilə Sumqayıt arasında bir neçə reys edib.

Sürücü bildirir ki, bəzən çox yorulanda avtomobili köməkçi sürücüyə verib. Araşdırma zamanı məlum olub ki, Zaur Mehmanovun sürücülük vəsiqəsinin də müddəti 2015 -ci ildə bitib və onu yeniləməyib. Üstəlik, onun idarə etdiyi avtomobil yük maşınıdır. Amma sürücü həmin avtomobilə oturacaqlar əlavə edərək onu sərnişin mikroavtobusuna çevirib. Bu dəyişikliyi rəsmiləşdirməyə çalışsa da, yol polisi qəbul etməyib.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəsi Vaqif Əsədov bildirir ki, ümumiyyətlə, əlil sürücü sərnişin avtobusunu idarə etməməlidir. Çünki bu həm onun, həm də digərlərinin həyatını təhlükəyə atır.

İndi yol polisinin verəcəyi qərara uyqun olaraq bu sürücü 200 manata kimi cərimə oluna bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

1news.az

Paylaş:
701

Son xəbərlər

Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10
Bütün xəbərlər