Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verilib | 1news.az | Xəbərlər
Siyasət

Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verilib

16:20 - 06 / 03 / 2017
Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verilib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında V çağırış Milli Məclisin deputatı Mehriban Əliyevanın səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirəyə çıxarılıb.

MSK sədri Məzahir Pənahov Mehriban Əliyevanın Azərbaycan prezidenti İlham Əliyevin 21 fevral tarixli sərəncamı ilə birinci vitse-prezident təyin olunduğunu bildirib.

M. Əliyevanın deputat kimi uğurlu fəaliyyətindən söz açan M. Pənahov onun deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət etdiyini bildirib:

"Mehriban Əliyeva prezident İlham Əliyevanın ən yaxın silahdaşıdır. Ona birinci vitse-prezident kimi fəaliyyətində uğurlar arzulayırıq. Konstitusiyaya əsasən, Milli Məclis üzvü dövlət orqanlarında vəzifəyə təyin olunarsa, deputat kimi səlahiyyətlərinə xitam verilməlidir. Bununla bağlı Mehriban Əliyeva martın 3-də MSK-ya müraciət edib".

Daha sonra məsələ səsverməyə çıxarılıb və qəbul edilib.

1news.az

Paylaş:
760

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər