ATV-nin yayımı bərpa olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

ATV-nin yayımı bərpa olunub

20:22 - 06 / 03 / 2017
ATV-nin yayımı bərpa olunub

“Azad Azərbaycan” Televiziyasının (ATV), 106 və 106.3 FM radiolarının yayımı bərpa olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, ATV telekanalı, 106 və 106.3 FM radioları əvvəlki qaydada fəaliyyətini davam etdirir.   

“Azad Azərbaycan” Televiziyası (ATV) yayımında yaranan problemə münasibət bildirib.

Telekanaldan APA-ya verilən məlumata görə, 38 saylı ATS tərəfindən görülən profilaktik tədbir zamanı qəza baş verib, nəticədə kanalın və FM radiolarının yayım üçün çıxış rolu oynayan kabelləri yanlışlıqla zədələnib.

Qeyd edək ki, “Azad Azərbaycan” Televiziyasının (ATV) yayımında təxminən bir saat əvvəl problem yaranıb.

1news.az

Paylaş:
1042

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər