Dərmanların ekspertiza xidmətlərinin tariflərində dəyişiklik edilib
Dərmanların vasitələrinin ekspertizası xidmətləri üzrə təsnifatlaşdırmanın təkmilləşdirilməsi, qeydiyyat prosesində doza və qablaşdırma üzrə çeşid sayının optimallaşdırılması, konkretləşdirmə və praktikada anlaşılmazlıqların aradan qaldırılması məqsədilə yenidən dövlət qeydiyyatına alınmaq üçün ixtisaslaşdırılmış ekspertiza və qeydiyyat sənədlərində edilmiş dəyişikliklərin qeydiyyata alınması üçün ekspertizaya görə hər əlavə doza və qablaşdırma üçün tariflər təsdiq edilib.
Səhiyyə Nazirliyinin müraciəti nəzərə alınaraq, “Dərman vasitələrinin və dərman maddələrinin ekspertizası xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli Qərarında dəyişikliklər edilib.
Tarif Şurasından 1news.az-a verilən məlumata görə, Şuranın bu gün keçirilən iclasında dərman vasitələrinin ekspertizası xidmətləri üzrə təsnifatlaşdırmanın təkmilləşdirilməsi, qeydiyyat prosesində doza və qablaşdırma üzrə çeşid sayının optimallaşdırılması, konkretləşdirmə və praktikada anlaşılmazlıqların aradan qaldırılması məqsədilə yenidən dövlət qeydiyyatına alınmaq üçün ixtisaslaşdırılmış ekspertiza və qeydiyyat sənədlərində edilmiş dəyişikliklərin qeydiyyata alınması üçün ekspertizaya görə hər əlavə doza və qablaşdırma üçün tariflər təsdiq edilib.
Göstərilənlərlə yanaşı iclasda, qanunvericiliyin təkmilləşdirilməsi, habelə, yeni məzənnə rejimi şəraitində dərman vasitələrinin etibarlı təchizatının təmin edilməsi baxımından daha çevik qiymət tənzimlənməsinin həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin 2016-cı il 20 dekabr tarixli Qərarı ilə “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nda edilmiş dəyişikliklərə uyğun olaraq, Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a dəyişikliklər edilib.
Qərarların tam mətni Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilib.
1news.az