“iPhone 8” nə vaxt satışa çıxacaq? - Vaxt açıqlandı | 1news.az | Xəbərlər
Dünya

“iPhone 8” nə vaxt satışa çıxacaq? - Vaxt açıqlandı

22:00 - 06 / 03 / 2017
“iPhone 8” nə vaxt satışa çıxacaq? - Vaxt açıqlandı

2017-ci ilin sentyabrında kütləvi istehsalına başlanılacaq "iPhone 8" və "iPhone 8 Plus" smartfonları oktyabr-noyabrda satışa çıxarılacaq.

1news.az ICTnews-a istinadən xəbər verir ki, bu barədə “Apple” şirkətinin məlumatında deyilir.

Ənənəvi olaraq yeni "iPhone" modellərinin satışı payızın əvvəlində başlayır. Lakin bu il istisnalıq təşkil edəcək və həmin vaxtda yalnız smartfonların istehsalı start götürəcək. Bundan başqa, oktyabr-noyabrda satsa çıxarılacaq yeni smartfonları bir sıra ölkələrdə təxminən noyabrın axırında, dekabrın əvvəlində əldə etmək mümkün olacaq.

"iPhone 8" və "iPhone 8 Plus" smartfonlarının istehsal və satış vaxtının yubadılmasına səbəb kimi istehsalçının qabaqcıl qurğuların ekranına quraşdıracaq barmaq izi skaneri ilə təchiz etmək istəyi göstərilir.

1news.az

Paylaş:
1202

Sizin üçün xəbərlər

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər