Almaniyada Türkiyə XİN rəhbərinin keçirilməli olan tədbiri təxirə salınıb | 1news.az | Xəbərlər
Dünya

Almaniyada Türkiyə XİN rəhbərinin keçirilməli olan tədbiri təxirə salınıb

22:35 - 06 / 03 / 2017
Almaniyada Türkiyə XİN rəhbərinin keçirilməli olan tədbiri təxirə salınıb

Almaniyanın Hamburq şəhərində yerli icra orqanları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə keçirilməli olan tədbiri təxirə salınıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, martın 7-də keçirilməsi nəzərdə tutulan tədbirdə nazir Türkiyədə prezident üsul-idarəsinin tətbiqi ilə bağlı çıxış etməli imiş.

Yerli hökumət  görüşün ləğvinə səbəb kimi zalda yanğın təhlükəsizliyi tədbirlərinin təmin edilmədiyini gətirib. Tədbirin digər məkanda keçirilib-keçirilməyəcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl M.Çavuşoğlu Almaniya XİN rəhbəri Ziqmar Qabriel ilə telefon danışığında Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ və iqtisadiyyat naziri Nihat Zeybekcinin iştirakı ilə tədbirlərin ləğvindən narahatlığını ifadə etmişdi.

1news.az

Paylaş:
788

Sizin üçün xəbərlər

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər