Fransanın eks naziri: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi – Azərbaycan qadınları üçün tarixi hadisədir | 1news.az | Xəbərlər
Siyasət

Fransanın eks naziri: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi – Azərbaycan qadınları üçün tarixi hadisədir

12:08 - 06 / 03 / 2017
Fransanın eks naziri: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi – Azərbaycan qadınları üçün tarixi hadisədir

Fevralın 21-də dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi. 

Bu vəzifə Azərbaycanda ötən ilin sentyabrında keçirilmiş referendumun nəticələrindən sonra yaradılıb.

Bununla bağlı fikirlərini 1news.az-la paylaşan fransız siyasətçi, sabiq ədliyyə naziri, hazırda isə Avropa Parlamentinin Fransadan olan deputatı Rəşidə Dati bölüşüb:

“Mehriban Əliyevanın təyini ilə bağlı qərar heç kəsə üçün sürpriz deyildi. Belə ki, Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun rəhbəri olaraq ölkəsinin beynəlxalq imicinin yüksəldilməsilə bağlı səyləri bütün dünyada tanınır”.

“Mehriban Əliyeva ölkə rəhbərliyi ilə Azərbaycan xalqı  arasında uznmüddətli əlaqə yaratmağı bacarıb. Onun hazırki vəzifəsi siyasi sabitliyi möhkəmləndirərək ölkənin inkişafı ilə bağlı birinci xanımın töhfəsini tanıyır”, - bunu R.Dati yazılı müsahibəsində bildirib.

Rəşidə Dati – Fransa hökumətində ilk ərəbdir ki, iki vətəndaşlığa – Fransa və Mərakeş (mənşəyi üzrə) sahibdir. 2000-ci illərdə Dati Fransanın sabiq prezidenti Nikolya Sarkozinin məsləhətçisi, daha sonra isə onun seçki qərargahında mətbuatla bağlı nümayəndəsi olub.

“Dəfərlərlə Mehriban Əliyevanın xalqına sadiqliyinin, böyük sosial ədalətə can atmasının, ehtiyacı olanlara daha çox kömək etməsinin şahidi olmuşam. Xeyriyyəçilik sahəsindəki səylərinə görə Azərbaycanın birinci xanımı Fransanın ən yüksək mükafatına – Fəxri Legion ordeninə layiq görülüb”, - fransız siaysətçi qeyd edib.

Mehriban Əliyeva 2005-ci ildən UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiridir. Heydər Əliyev Fondunun rəhbəri olaraq Azərbaycanda, eləcə də xaricdə bir sıra məktəb və xəstəxanaların tikintisinə, eləcə də Luvr və Fransanın Versal Sarayında bir sıra obyektlərin bərpasına yardımçı olub. 

Peşəcə həkim-oftalmoloq olan Azərbaycanın birinci xanımı Fonddakı işindən başqa, 2005-ci ildən ölkə parlamanetinin deputatıdır. 2013-cü ildən isə Yeni Azərbycan Partiyasının sədr müavinidir.

“O, bütün imkanlardan istifadə edərək Azərbacan xalqının potensialının inkişafına çalışır. O, öz xalqına güvənir. Hesab edirəm ki, bu səbəbdən o, xalq arasında bu cür geniş nüfuza sahibdir. Onun intellekti, humanistliyi, insanlara kömək etmək istəyi, xüsuslə də əhalinin ən aşağı təbəqəsinə - bütün bunlar ölkə üçün böyük nailiyyətdir”, - deyə Dati sözlərinə əlavə edib.

Fransız siyasətçi 1news.az-a müsahibəsində Azərbaycanın birinci xanımının yüksək dövlət postuna təyini ilə bağlı gender aspektinə də toxunub.

“Mehriban Əliyevanın Birinci vitse-prezident təyinatı bu, Azərbaycan xalqı, xüsusilə də Azərbaycan qadınları üçün tarixi hadisədir. Bununla da Azərbaycan bizlərə gender bərabərliyilə bağlı çox yaxşı dərs verir. Nəzərə alsaq ki, bir sıra Qərb ölkələrində qadının siyasətdə yeri ilə bağlı problemlər hələ də mövcuddur.

Azərbaycan dinlərarası münasibət və etnik qruplar kontekstində bütün dünya üçün nümunə olmağa sahibdir və olmalıdır”, - deyə R.Dati sözlərini yekunlaşdırıb.

1news.az

Paylaş:
1375

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər