Elmar Məmmədyarov: “Vaşinqton müzakirələr üçün çətin tərəfdaşdır, onlar heç də hər zaman səni eşitmirlər” | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: “Vaşinqton müzakirələr üçün çətin tərəfdaşdır, onlar heç də hər zaman səni eşitmirlər”

18:44 - 07 / 03 / 2017
Elmar Məmmədyarov: “Vaşinqton müzakirələr üçün çətin tərəfdaşdır, onlar heç də hər zaman səni eşitmirlər”

“Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərə öz baxışı var. Bu, strateji tərəfdaşlıq münasibətləridir”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatik Akademiyasında çıxışı zamanı bildirib:

“Biz Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsinin müəyyən edilməsinə başlamışıq”, - deyə o qeyd edib.

Azərbaycan-ABŞ münasibətlərinə toxunan E. Məmmədyarov bildirib ki, Vaşinqton müzakirələr üçün çətin tərəfdaşdır:

“Onlar hər zaman səni eşitmirlər. Bununla belə münasibətlərimiz olduqca möhkəmdir. Biz Əfqanıstanla bağlı da birgə fəaliyyət göstəririk. ABŞ-la tərəfdaşlıq münasibətlərimiz olduqca uğurlu inkişaf edir. Lakin insan hüquqları sahəsində Rusiya kimi bizi də tənqid edir. Bu oyunun qaydası belədir”.

1news.az

Paylaş:
806

Son xəbərlər

Şəmistan Nəzirli vəfat edib

20 / 09 / 2025, 14:22
Bütün xəbərlər