Xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə ərizə qəbulu başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə ərizə qəbulu başlayır

20:11 - 07 / 03 / 2017
Xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə ərizə qəbulu başlayır

Aprelin 1-dən 2017-2018-ci tədris ili üçün xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə, Hərbi Tibbi Məktəbinə və hərbi liseylərə ərizə qəbulu başlayır.

1news.az Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, qəbul iki mərhələdə aparılacaq.

Birinci mərhələdə abituriyentlər həmin təhsil müəssisələrində təşkil olunan həkim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilən fənlərdən Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanını verməlidir.

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən etibarən ərizə ilə müəssisə rəhbərinə müraciət etməlidir.

Qəbul qaydaları ilə bağlı daha ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar.

http://mod.gov.az/az/news/herbi-qulluqcu-hazirlayan-xususi-teyinatli-tehsil-muessiselerine-qebul-qaydalari-11163.html

1news.az

Paylaş:
1854

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər