Fransada Azərbaycan günlərinə start verilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Fransada Azərbaycan günlərinə start verilib – FOTO

10:56 - 07 / 03 / 2017
Fransada Azərbaycan günlərinə start verilib – FOTO

Fransanın Akiten bölgəsinin Arkaşon şəhər meriyası və Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın Fransadakı Səfirliyinin və Paris Azərbaycan Evinin dəstəyi ilə Arkaşonda Novruz bayramına həsr edilmiş "Azərbaycan günləri" çərçivəsində silsilə tədbirlər keçirilib.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, tədbirlər Arkaşon şəhərinin meri İv Fulon ilə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Azərbaycanın Dostları Assosiyasiyasınin Prezidenti, Fransa parlamentinin üzvü Jan-Fransua Mansel və Paris Azərbycan Evinin rəhbəri, Azərbaycanın Dostları Assosiyasiyasınin Baş katibi Mirvari Fətəliyevanın rəsmi görüşləri ilə başlayıb.

Daha sonra şəhərin Konqreslər Sarayında 300-dən artıq şəhər sakini və bələdiyyə nümayəndəsinin iştirakı ilə konfrans keçirilib. Azərbaycan mədəniyyətinə, tarixinə, turizminə həsr edilmiş qisa filmin nümayişi ilə başlayan konfransda Elçin Əmirbəyov "Azərbaycan: ənənələr və müasirlik ölkəsi" mövzusunda çıxış edib. Azərbaycanın tarixi, müstəqilliyi, siyasi-iqtisadi uğurları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi,  Cənubi Qafqaz regionunda ölkənin rolu,  Fransa-Azərbaycan münasibətləri  mövzusuna toxunan səfir iştirakçıların suallarını cavablandırıb.

Konfransdan sonra Bakı Media Mərkəzinin istehsal etdiyi 1919-cu ildə Paris Sulh konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən sənədli film nümayiş etdirilib.

Daha sonra şəhərin Olimpiya teatrında Novruz bayramına, Bakı şəhərinin qədim və müasir abidələrinə, ölkəmizin təbiətinə həsr edilmiş rəsm və fotosərgi nümayiş etdirilib. Sərginin açılışında şəhərin meri İ. Fulon, J.F Mansel, səfir Ə . Əmirbeyov çıxış edib.  İ.Fulon 2015- ci ildə Azərbaycn etdiyi ilk səfəri barədə danışıb, bu səfərin onda böyük təəssürat yaratdığını bildirib. O, Arkaşonda bir ay davam edəcək  Azərbaycan günlərinin şəhər sakinlərinə ölkənin mədəniyyəti haqqında dolğun məlumat verəcəyini qeyd edib.

J.F Mansel Azərbaycanın təbliği ilə bağlı rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verərək həyata keçirilən tədbirlərin Azərbaycanın zəngin mədəniyyəti və tarixinin tandilmasi  üçün böyük əhəmiyyət kəsb etdiyini deyib. O, tolerantlığın, multikulturalizmin beşiyi Azərbaycanı Fransada təbliğ etməklə yanaşı, Assosiasiyanın fransızlar üçün Azərbaycana təşkil etdiyi tanışlıq səfərlərindən də bəhs edib.

Sərgidən sonra teatrın konsert salonunda Bakı Xoreoqrafiya Məktəbinin “Bakı ulduzları” rəqs ansamblının konserti olub. Konsertə 1000-dən artıq tamaşaçı toplaşıb.

1news.az

 

Paylaş:
725

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər