“Azərbaycan Dəmir Yolları” Bakıda uçan körpü ilə bağlı açıqlama verib – FOTO – YENİLƏNİB
“Azərbaycan Dəmir Yolları” QSC Bakının mərkəzində uçan körpü ilə bağlı açıqlama verib.
1news.az-a QSC-nin mətbuat xidmətindən verilən xəbərə görə, qəzalı vəziyyətə düşən körpü hərəkət üçün bağlanılıb.
“Körpünün uçması ilə bağlı xəbər yaymaq düzgün deyil. Məlum olduğu kimi, körpü daha əvvəl zədələnmişdi. Buna görə də martın 7-dən körpünün təmirinə başlanıb. Bununla bağlı həmin ərazidə hərəkət bağlanıb. Körpünün təmirdən sonra istifadəsi ilə bağlı xəbərlər yaxın günlərdə bildiriləcək”.
12.19
Bakının mərkəzində Nəsimi rayonu Mehdi Mehdizadə küçəsində yerləşən körpü uçub.
1news.az-a verilən xəbərə görə, dəmir yolu körpüsünün bir hissəsi təmir zamanı uçub.
Fövqəladə hadisə ilə bağlı xəsarət alanlarla bağlı məlumat yoxdu. Hadisə yerinə FHN və “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları gəlib, araşdırma aparılır.
Qeyd edək ki, bir müddət öncə həmin yolda qəza baş verib. Yük avtomobili körpüyə çırpılmışdı, nəticədə körpüdə iri çat əmələ gəlmişdi.
Xatırladaq ki, körpü 1935-ci ildə tikilib. Uzunluğu 30,6 metr təşkil edir. Sonuncu dəfə körpü 1978-ci ildə təmir olunub.
1news.az