Əbülfəs Qarayev İTB Berlin sərgisinin rəhbəri ilə görüşüb
Almaniya Federativ Respublikasına səfəri çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İTB-nin - hər il Berlində keçirilən nüfuzlu beynəlxalq turizm sərgisinin rəhbəri ilə görüşüb.
1news.az-ın məlumatına görə, görüşdə Azərbaycanının İTB-də iştirakının əhəmiyyəti, son dövrlərdə ölkəmizə turist axınının səbəbləri, ölkə rəhbərinin turizm sahəsində islahatları və onların müsbət nəticələri barədə fikir mübadiləsi aparılıb.
Nazir Ermənistan tərəfinə Azərbaycanın işğal olunmuş ərazilərinin sərgidə təbliğinin yolverilməz olması barədə ciddi xəbərdarlıq edilməsi və bununla bağlı sərt məktub göndərilməsinə görə İTB rəhbərinə öz təşəkkürünü bildirib. Həmçinin, Azərbaycanın əvvəlki illərdə İTB-nin tərəfdaşı olması xatırlanaraq, bu tərəfdaşlığın uğurla baş tutduğu və növbəti illərdə də belə tərəfdaşlıq formatının davam etdirilməsinin arzu olunduğu vurğulanıb.
Səfər çərçivəsində Ə.Qarayev İTB-nin rəsmi açılışında da çkniştirak etdi və Beynəlxalq Millətlərin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşüb.
Görüşdə Azərbaycan ilə bu təşkilat arasında əlaqələrin inkişafı və cari ilin may ayında keçiriləcək qurumun İcraiyyə Şurasına ölkəmizin sədrlik etməsi, habelə 4-6 may tarixində Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ətrafında da geniş müzakirələr aparılıb.
1news.az