Kabildə hərbi hospitala hücum nəticəsində 30-dan çox insan ölüb – YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Kabildə hərbi hospitala hücum nəticəsində 30-dan çox insan ölüb – YENİLƏNİB

17:25 - 08 / 03 / 2017
Kabildə hərbi hospitala hücum nəticəsində 30-dan çox insan ölüb – YENİLƏNİB

Əfqanıstan təhlükəsizlik qüvvələri saatlarla davam edən atışmadan sonra Kabildə hərbi hospitala hücum edən silahlıların hamısını məhv edib. 

1news.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında hospitala 5 silahlı hücum çəkib.

Silahlılardan biri üzərindəki partlayıcı qurğunu işə salaraq hospitalın girişində partlayış törədib. Digər 4 silahlı həkim xələtində hospitala daxil olub.

Əfqanıstan Daxili İşlər Nazirliyi artıq əməliyyatın tam başa çatdığını, hospitaldakı silahlıların hamısının öldürüldüyünü açıqlayıb.

Qeyd edək ki, hospitala hücum nəticəsində 30-dan çox insan ölüb. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

11:58

Əfqanıstanın paytaxtı Kabildə Amerika Səfirliyinin yaxınlığında şiddətli partlayış baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, Kabildə hərbi hospitala hücum nəticəsində ən azı bir xəstə və bir hospital əməkdaşı ölüb. Hərbi hospitala hücum edənlər ağ həkim xələtində olublar.

Qeyd edək ki, bu gün səhər saatlarında ABŞ səfirliyi yaxınlığında yerləşən hərbi hospitalda əvvəlcə güclü partlayış olub, sonra atışma başlayıb. Yerli mətbuat 4 silahlının hospitala daxil olduğunu, beşinci silahlının hospitalın giriş qapısında üzərindəki partlayıcı qurğunu işə salaraq özünü partlatdığını yazıb.

10:22

Əfqanıstanın paytaxtı Kabildə Amerika Səfirliyinin yaxınlığında şiddətli partlayış baş verib.

1news.az lent.az-a istinadən xəbər verir ki, Kabildə hərbi xəstəxananın önündə törədilən partlayışdan sonra terrorçu xəstəxananın içinə girib.

Hərbçilərlə terrorçu arasında atışma yaşanır.

Qeyd edək ki, 400 nəfərlik xəstəxana ABŞ səfirliyi ilə eyni küçədə və yaxın  məsafədə yerləşir. 

1news.az

Paylaş:
650

Sizin üçün xəbərlər

Son xəbərlər

Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27
Bütün xəbərlər