Zakir Qaralov Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək
Baş prokuror Zakir Qaralov martın 17-də Cəlilabad rayon prokurorluğunun inzibati binasında Cəlilabad, Biləsuvar, Neftçala və Cəbrayıl rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, saat 10:00-da başlayacaq qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Cəlilabad şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli-telefonu-və-[email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
1news.az