Bugünkü hərracda dollar 1%-dək ucuzlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bugünkü hərracda dollar 1%-dək ucuzlaşıb

14:37 - 09 / 03 / 2017
Bugünkü hərracda dollar 1%-dək ucuzlaşıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

1news.az-ın AMB-ə istinadən verdiyi xəbərə görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7431 səviyyəsində formalaşıb.

Qeyd edək ki, martın 7-də keçirilən valyuta hərracında isə manatın orta çəkili məzənnəsi 1,7563 səviyyəsində formalaşıb. AMB bu gün üçün USD/AZN məzənnəsini 1,7563 səviyyəsində müəyyən edib.

Beləliklə, bugünkü hərracda manat dollara nisbətən 0,75% bahalaşıb.

1news.az

 

Paylaş:
676

Son xəbərlər

Bütün xəbərlər