Ermənistan: çaşqın, böhtançı və ədalətsiz mövqedə – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan: çaşqın, böhtançı və ədalətsiz mövqedə – Newtimes.az

16:04 - 09 / 03 / 2017
Ermənistan: çaşqın, böhtançı və ədalətsiz mövqedə – Newtimes.az

Son günlər cəbhə xəttində erməni təxribatlarının artmasına ekspertlər adi hal kimi baxmırlar. Onlar hesab edirlər ki, bu, Ermənistanın daxili və xarici siyasətinin uğursuzluğunun növbəti nəticələrindən biridir.

Ölkə əhalisi ağır vəziyyətdə yaşayır. Hökumət dəyişikliyi heç bir müsbət nəticə verməyib. Həyat səviyyəsi daha da aşağı düşüb və insanlar Ermənistanı tərk edirlər. Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur. Xarici siyasət daha bərbad vəziyyətdədir. Rəsmi İrəvan bütün istiqamətlərdə iflasa düçar olub. Xüsusilə Avropa İttifaqı məsələsi xeyli kəskinləşib. Qərb İrəvandan qəti seçim etməsini istəyir – ya Aİ, ya da Aİİ. Erməni rəhbərliyi isə müstəqil addım ata bilmədiyindən "gah nala vurur, gah da mıxa". Bu vəziyyətə düşənlərdən biri də Nalbandyandır.

Növbəti yalan: alman jurnalistin "çətin" sualları və erməni nazir

Erməni siyasətinin riyakarlığı heç kəsə sirr deyil. Burada qeyri-adi bir şey də yoxdur. Ənənəvi olaraq ermənilər başqalarını daim günahkar, özlərini isə "aydan arı, sudan duru" xalq kimi təqdim etməyə çalışırlar. Ermənistan Dağlıq Qarabağa təcavüzə başlayandan bu yana isə onların şər və böhtanları sərhəd tanımır. Hətta bir sıra hallarda o dərəcədə ədalətsiz və haqsız fikirlər söyləyirlər ki, bunu doğrudanmı insan övladının danışdığına şübhə edirsən.

Son zamanlar Ermənistan qlobal geosiyasətdə özünü göstərən ziddiyyətlərin təsiri altında və himayədarlarının təhriki ilə münaqişə zonasında vəziyyəti daha da gərginləşdirməyə çalışır. Və həmişə olduğu kimi, bu dəfə də başqasını ittiham etməyə cəhd göstərir. Xarici işlər naziri Edvard Nalbandyan "Alman dalğası" agentliyinə verdiyi müsahibədə bunun növbəti nümunəsini göstərib. Orada həqiqətə uyğun bir fikrə belə rast gəlməzsən.

Hər cümlə məntiqi hoqqabazlığın diplomatik ibarəsindən başqa bir şey deyildir. Tez-tez "peşəkar diplomat" jurnalisti sual verməkdə ittiham edir. Tələb edir ki, sualı Ermənistana sərf edən kontekstdə versin. Lakin alman jurnalist peşəkarcasına erməni nazirin bu yalan yolunu bağlayır və ədalətli suallar verməkdən çəkinmir (bax: Глава МИД Армении в программе "Немцова. Интервью": почти треть торговли идет с ЕС / "dw.com", 20 fevral 2017).

E.Nalbandyan nəinki beynəlxalq əməkdaşlığın prinsiplərini təhrif edir, hətta Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl məzmununu da kobud şəkildə təhrif edir. O, jurnalistə qəzəblənərək "ərazi mübahisəsi" terminini işlətməməyi tələb edir və əsas problemin insan haqları olduğunu kəkələyir. Maraqlıdır, nazir statusunda olan bir adam bu dərəcədə sadəlövh ola bilərmi? Çünki insan haqlarından danışan kəs "Dağlıq Qarabağdan və Ermənistandan deportasiya olunan yüzminlərlə azərbaycanlının haqlarını niyə tapdaladınız?" sualına cavab verməyi bacarmalıdır.

Ermənistan silahlı quldur dəstələrinin Azərbaycan torpaqlarında hansı haqla qaldığını izah etməlidir. E.Nalbandyan nəinki bunu izah etmir, hətta həmsədrlərin təkliflərini belə utanmadan təhrif edir. O iddia edir ki, Azərbaycan həmsədr dövlətlərin irəli sürdüyü şərtləri qəbul etmir. Guya orada birinci yerdə güc tətbiq etməmək, sonrakı yerdə isə öz müqəddəratını təyinetmə hüququ məsələsi var. Ərazi bütövlüyü yalnız sonuncu yerdədir. Bunlar da ondan qaynaqlanır ki, Azərbaycan erməniləri yaşadıqları müxtəlif rayonlarında qırıb (bax: əvvəlki mənbəyə).

Yoxsa Ermənistan Qarabağı işğal etməzdi. Bu nağılların zamanının çoxdan keçdiyini bu erməni nazir hələ də dərk etməyib. Rəsmi sənədlərin hər birində Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi birmənalı göstərilib. Məsələn, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsində. Həm də konkret bölgələrin adı çəkilməklə göstərilib. Sonra münaqişənin həlli ilə bağlı Helsinki xartiyası və Madrid prinsipləri vardır. Orada aydın qeyd olunur ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir.

Bundan başqa, Dağlıq Qarabağ əhalisindən danışanda, burada azərbaycanlıların köklü yaşadığı faktını heç yerdə gizlədə bilməzsən. Həmin insanlar öz yurdlarından qovulublar. Onlar geri qayıtmayana qədər hansısa Dağlıq Qarabağ əhalisindən danışmaq absurd və olduqca ədalətsiz, qəbul edilməyən iddiadır. Əlavə olaraq, BMT-nin Nizamnaməsində konkret maddə də var: bir ölkə başqasının təcavüzünə məruz qalıbsa, müdafiə olunmaq haqqı var və hətta BMT üzvləri də bu işdə ona yardım etməlidirlər!

Real faktdır ki, erməni silahlı qüvvələri Azərbaycan ərazisində torpaq zəbt edib. Dağlıq Qarabağın bütün ərazisi və ora aidiyyəti olmayan 7 rayon! Deməli, haqları pozulan varsa, o da azərbaycanlılardır. Bu səbəbdən Azərbaycan həm dövlət kimi öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir, həm də cəmiyyət olaraq öz haqlarının təmin edilməsini tələb etməyə əsası vardır.

Bu məqamları oxucuların gözündən gizlətmək mümkün deyildir. Ona görə də E.Nalbandyanın müsahibəsi, əslində, jurnalistika ilə yanaşı, diplomatiyaya da təhqirdir. Çünki başdan-ayağa yalanla, uydurmalarla, böhtanla doludur. Son günlər cəbhə xəttində baş verənlər də bu fikri bir daha təsdiq edir.

Hərbi təxribat və geosiyasi tərəddüd: rəsmi İrəvanın məntiqsiz davranışları

Ermənilər növbəti dəfə Azərbaycanın mövqelərinə geniş miqyasda hücum edərək təxribat törədiblər. Qəhrəman Azərbaycan Ordusu düşmənin dərsini verib. Ermənistan silahlı qüvvələri ağır itki verərək geri çəkiliblər. Azərbaycan Ordusu onların daimi atəş nöqtəsini darmadağın edib, pilotsuz uçuş aparatını vurub. Lakin yenə də erməni mətbuatı və siyasi dairələri Azərbaycanı günahlandırmağa çalışırlar. Onlar Azərbaycan Ordusunun hücum etdiyini, ancaq ermənilərin ciddi müqavimətinə rast gəldiyini deyirlər.

Bu ağ yalan, əslində, Ermənistanın növbəti geosiyasi çaşqınlığının məntiqi nəticəsidir. Məsələ belədir ki, Avropa Ermənistan rəhbərliyini Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olduğuna görə, hələ də qınayır. Jurnalist Janna Nemtsova da Edvard Nalbandyana verdiyi suallarda bunu ifadə edib. Eyni zamanda, həm Qərb, həm də Rusiya ilə geosiyasi müttəfiq olmaq rəsmi İrəvanın qabiliyyəti daxilində deyil. Hamı bilir ki, Ermənistan tamamilə Rusiyadan asılı olan forpostdur. Ermənistanın hakim dairələrinin müstəqil qərar qəbul etmək ixtiyarı yoxdur. Fevralın 22-də E.Nalbandyanın Sergey Lavrovla görüşündən sonra keçirilən mətbuat konfransı da bunu bir daha təsdiqlədi.

Belə ki, Rusiyanın xarici işlər naziri özünü situasiyanın tam hakimi kimi aparıb, verilən sualları sırf Moskvanın maraqları aspektində cavablandırıb. E.Nalbandyan isə susaraq onunla razılaşdığını ifadə edib (bax: Выступление и ответы на вопросы СМИ Министра иностранных дел России С.В.Лаврова в ходе совместной пресс-конференции по итогам переговоров с Министром иностранных дел Армении Э.А.Налбандяном / "mid.ru", 22 fevral 2017).

Onu da nəzərə alaq ki, erməni təxribatı həm Rusiyada nazirlərin görüşlərindən sonra, həm də Azərbaycan Prezidentinin Pakistana İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) tədbirində iştirak etmək üçün edəcəyi səfər öncəsi baş verib. Buradan hansı nəticəni çıxarmaq olar? Məntiqi olaraq, belə düşünə bilərik ki, ermənilər və havadarları əvvəlcədən belə bir təxribat hazırlayıblar ki, Azərbaycanın müstəqil xarici siyasətinə əngəl törətsinlər.

Konkret olaraq, göstərsinlər ki, istədikləri zaman aranı qata bilərlər. Ancaq Azərbaycan da hər dəfə onlara anladır ki, indi vəziyyət keçən əsrin 90-cı illərində olduğu kimi deyil. Yəni heç kəs Azərbaycanla təzyiq dilində danışa bilməz. Hər erməni təxribatının qarşısının alınması düşmənlərə məhz bu cavabın verilməsi deməkdir.

Bütün bunların geosiyasi konteksti bizim üçün daha maraqlıdır. Belə ki, Ermənistan ətrafında dairənin getdikcə daraldığını aydın hiss edir. Rəsmi İrəvan düşdüyü bu acınacaqlı vəziyyətdən xilas olmaq üçün xarici siyasətdə məntiqsiz addımlar atır. Onların heç bir tutarlı arqumenti olmadığından əsas olaraq emosional məqamlara üstünlük verirlər. Bunu da ciddi adamlar qəbul edə bilməz.

Əslində, ermənilərin bir real xilas yolu var. Ön şərtsiz Azərbaycan torpaqlarından rədd olub, çıxsınlar və buna uyğun olan beynəlxalq hüquqi şərtlərə əməl etsinlər. Yalnız bundan sonra rəsmi Bakı İrəvanla əlaqəli hansısa qərar verə bilər. İşğalçı zəbt etdiyi torpaqları tərk etməyincə, Ermənistanın bütün cəhdləri puç olacaq. Bunu İrəvanda və onun havadarlarının paytaxtlarında artıq dərk etsələr, xeyirlərinə olardı!

Newtimes.az

Paylaş:
414

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər