Meksikanın Notimeks agentliyi erməni təcavüzündən bəhs edən məqalə yayıb | 1news.az | Xəbərlər
Siyasət

Meksikanın Notimeks agentliyi erməni təcavüzündən bəhs edən məqalə yayıb

09:41 - 09 / 03 / 2017
Meksikanın Notimeks agentliyi erməni təcavüzündən bəhs edən məqalə yayıb

Meksikanın Notimeks rəsmi xəbərlər agentliyi Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbovla müsahibəyə istinad edərək “Azərbaycan - onilliklər ərzində sülh axtaran xalq” adlı məqalə yayıb.

Məqalədə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində on minlərlə həmvətənimizin öldürüldüyü və ölkəmizə milyardlarla ABŞ dolları dəyərində zərər vurulduğu qeyd olunur. Bildirilir ki, bütün bunlara baxmayaraq, multikultural cəmiyyətə malik Azərbaycanın daim sülhə nail olmaq istəyir.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafında yerləşən yeddi rayonun - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın Ermənistan tərəfindən işğal edildiyi, burada yaşayan azərbaycanlıların öz doğma torpaqlarından didərgin salındığı oxucuların diqqətinə çatdırılır.

Bütün bu itkilərin fonunda Azərbaycan xalqının və ölkə rəhbərliyinin qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına imkan verəcək sülhə nail olmağa çalışdığı vurğulanır.

Azərbaycan diplomatına istinad edilərək bildirilir ki, Ermənistan tərəfinin sülh prosesinə xələl gətirmək məqsədilə işğal olunmuş ərazilərdə törətdiyi daha bir təxribat - qondarma “referendum” bir sıra ölkələr tərəfindən rəsmən pislənilib. Məqalədə, həmçinin qeyd olunur ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri münaqişə ilə bağlı hazırkı status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğu barədə bəyanatlar verib.

Qondarma “referendum”u izləmək üçün Azərbaycanın işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər etmiş avropalı deputatlar barəsində həbs qərarı çıxarıldığı xatırladılır, ölkəmizin qanunlarını pozmuş meksikalı professor Rodriqo Qomez Qarsianı da eyni aqibətin gözlədiyi diqqətə çatdırılır.

Müəllif azərbaycanlı diplomata istinad edərək yazır: “Azərbaycan xalqı sülhsevər xalqdır. Müxtəlif dinlərin və mədəniyyətlərin təmsilçiləri uzun illərdir ki, ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Regionda sülhün bərqərar olmasına yeganə maneə məhz Azərbaycan torpaqlarının işğal altında qalmasıdır”.

Məqalədə, həmçinin BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərini dərhal və qeyd-şərtsiz tərk etməsi tələb oilunan dörd qətnamənin qəbul edildiyi, həmin torpaqlarda yaradılmış qondarma rejimin heç bir ölkə, o cümlədən Meksika tərəfindən tanınmadığı diqqətə çatdırılır.

AZƏRTAC

Paylaş:
529

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər