İstanbulda helikopterin qəzaya uğraması səbəbi açıqlanıb – FOTO – YENİLƏNİB
İstanbulda bütün ekipaj üzvünün həlak olduğu helikopter qəzasının səbəbləri açıqlanıb.
Qəzaya səbəb helikopterin teleqüllə ilə toqquşmasıdır.
Bu haqda Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyindən məlumat verilib.
Söhbət İstanbul-Ədirnə yolundakı sərgi mərkəzinə yaxın yerləşən teleqüllədən gedir. Həmin qüllə 15 il əvvəl tikilib və hazırda istifadə olunmur.
CNN Türk
14.56
İstanbulun Beylikdüzü rayonunda qəzaya uğrayan “Əczacıbaşı” Şirkətlər Qrupuna məxsus “Sikorsky S-76” tipli helikopterdə olan 7 nəfərin heç bir sağ qalmayıb.
Helikopterdə iki pilot və 5 sərnişin olub. Artıq sərnişinlərin kimliyi açıqlanıb. Bunlar “Eczacıbaşı Vitra”-nın Rusiya üzrə direktoru Salim Özen, Rusiya vətəndaşları Aleksandır Vanin, İgor Koçergin, Lyudmila Çurova və Yelena Badraqadır.
13:50
İstanbulun Böyükçəkməcə rayonunda helikopter qəzası nəticəsində 5 nəfər həlak olub. Bu barədə İstanbul valisi Vasip Şahin açıqlama verib.
Göyərtəsində 7 nəfərin olduğu özəl helikopterin dumanlı hava səbəbindən televiziya qülləsinə çırpıldığı bildirilir.
Hadisə bu gün yerli vaxtla saat 11:30 (Bakı vaxtı ilə 12:30) radələrində baş verib.
Qəza yerinə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.
CNN turk