Türkiyədəki vertolyot qəzasında göyərtədəkilərin hamısı ölüb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədəki vertolyot qəzasında göyərtədəkilərin hamısı ölüb

21:28 - 10 / 03 / 2017
Türkiyədəki vertolyot qəzasında göyərtədəkilərin hamısı ölüb

İstanbul şəhərində baş vermiş vertolyot qəzasında həlak olanların sayı 7 nəfərə çatıb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla da göyərtədə olanların hamısı ölüb- iki pilot, “Eczacıbaşı Holdinq”ə bağlı Vitra Rusiyanın icraçı direktoru Selim Özen və onun 4 həmkarı: Aleksandr Vanin, İqor Koçerqin, Lyudmila Çurova və Yelena Badraqai.

“Bizdə hadisənin baş vermə təfərrüatları haqda məlumat yoxdur. Qəzanın baş vermə səbəbi araşdırmalardan sonra məlum olacaq”, - deyə “Eczaçıbaşı”dan bildirilib.

Qeyd edək ki, vertolyot “Eczacıbaşı”şirkətlər qrupuna məxsus olub.

1news.az

Paylaş:
839

Sizin üçün xəbərlər

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər