Ərdoğan: “Niderlandda baş verən olay islamafobiyadan xəbər verir” | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan: “Niderlandda baş verən olay islamafobiyadan xəbər verir”

16:23 - 12 / 03 / 2017
Ərdoğan: “Niderlandda baş verən olay islamafobiyadan xəbər verir”

“Qərb gerçək üzünü ortaya qoyub”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R. T. Ərdoğan xatırladıb ki, Almaniyada nazirlərin Türkiyə vətəndaşları ilə görüşünə icazə verilməyəndə bunu faşizmlə əlaqələndirib:

“Niderlandda nə baş verdi? Bir ölkənin nazirinə konsulluqda vətəndaşları ilə görüşə icazə verməmək heç bir çərçivəyə sığmır, beynəlxalq hüququn tapdanması, islam düşmənçiliyinin nəticəsidir. Faşizm Avropada yaşayır. Yalnız faşist yanaşma ilə bu görüşlərə icazə verməmək mümkündür.  Hollandiya çərşənbə günü keçiriləcək parlament seçkilərinə görə Türkiyə ilə münasibətlərə zərbə vurursa, bunun cavabını alacaq. Avropa irqçiliyə gedir. Avropa İttifaqı haradadır? Niderlandda türklərin üzərinə itlərlə gələnlər bunun cavabını alacaqlar. Diplomatiya nədir, onu da öyrənəcəklər. Avropadakı türklərə deyirəm ki, qonşularını da götürüb, tətilə Türkiyəyə gəlsinlər. O xaricilər Türkiyənin qonaqpərvərliyini görəcəklər. Avropadakı türklərə səbirli olmağı, ayaq üstə dik durmağı tövsiyə edirəm”.

Türkiyə prezidenti Almaniyanın Dövlət Televiziyası Türkiyədə Konstitusiyaya dəyişikliklə bağlı təklifləri yanlış çatdırdığına da diqqət çəkib:

“Bununla referendumun əleyhinə olduqlarını ortaya qoyurlar. Türkiyədəki referendumun Almaniyaya nə dəxli var?”.

R. T. Ərdoğan qeyd edib ki, Türkiyə gücləndikcə narahat olanlar var:

“Bu gün Suriyada PKK terrorçularının əllərində Qərb ölkələrinin silahları var. İnkar etməyə çalışırlar, ancaq faktlar ortadadır. Biz Suriyada Gerablusu, Dabıkı, Babı İŞİD terrorçularından təmizlədik. Növbədə Menbic var, Rusiya səfərimdə də bunu müzakirə etdik. Suriyanın şimalında bir terror dövlətinin qurulmasına yol verməyəcəyik. PKK-nın Suriya qolu PYD/YPG Suriyada dövlət qura bilməyəcək. Türkiyə Silahlı Qüvvələri, müxalif Azad Suriya Ordusu buna yol verməyəcək. İnşaallah, Türkiyədə referendumun keçiriləcəyi 16 aprel bir daha şər qüvvələrin oyununun pozulduğu gün olacaq. 16 apreldə Türkiyə xalqı daha bir parlaq sabaha göz açacaq ”.

1news.az

Paylaş:
559

Sizin üçün xəbərlər

Son xəbərlər

Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27
Bütün xəbərlər